Aktiv ƏDV ödəyicilərinin sayı artıb

İyun ayının 1-nə ölkədə aktiv vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,7 faiz artaraq 738,4 min olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Metbuat.az-a verilən məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 6,6 faiz artıb və 42,6 min təşkil edib.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəlinə nisbətən 3,4 faiz artaraq 195,7 minə çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı