Messini əldən buraxan ərəblərdən bu futbolçuya fantastik təklif

Lionel Messini transfer edə bilməyən Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu Neymarı heyətə cəlb etmək istəyir.

Metbuat.az xəbər verir ki, bu barədə “CBS Sports” məlumat verib. Bildirilir ki, Messinin transferindən sonra "Əl Hilal" klubu Parisə nümayəndə göndərib. Bildirilir ki, Neymara Kriştiano Ronaldonun “Əl-Nəsr”dəki qazancına bərabar miqdarda illik 200 milyon avro təklif edilib. Bəzi mənbələr iddia edir ki, Neymar təklifi rədd etməyib və "Əl Hilal" klubunun nümayəndələrinə gözləməyi təklif edib. Bildirilir ki, Neymar “Barselona” klubuna və ya İngiltərə çempionatına getməyi də nəzərdən keçirir.

Qeyd edək ki, Lionel Messi "Əl Hilal"ın təklifinə baxmyaraq, "İnter Mayami" ilə müqavilə bağlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR