Məşhur filmin çəkilişi zamanı partlayış baş verdi - Yaralılar var

Mərakeşdə çəkilən "Qladiator 2" filminin altı aktyoru çəkiliş meydançasında baş verən partlayış nəticəsində yaralanıb.

Metbuat.az xəbər verir ki, bu barədə “The Sun Newspaper” məlumat verib. Bildirilir ki, filmin çəkilişləri zamanı xüsusi effektlərdən istifadə edilən səhnədə partlayış olub. Yaralanan aktyorların həyati təhlükəsinin olmadığı və onlara tibbi yardım göstərildiyi bildirilib. Məsələ ilə bağlı açıqlama verən filmin prodüser şirkətindən bildirilib ki, "Qladiator 2" filminin çəkiliş meydançasında kaskadyor səhnəsi çəkilərkən qəza baş verib.

Partlayışın səbəbi ilə bağlı araşdırmalar davam edir. Hadisəyə ərazidəki qaz borusunun səbəb olduğu ehtimal edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR