Gədəbəydə kütləvi davada 1 nəfər ölüb, digəri yaralanıb

Gədəbəydə hərbçini qətlə yetirməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə "Metbuat.az"a hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən "Dəniz” adlı kafedə şəxslər arasında yaranmış mübahisə nəticəsində Tapdıqov Teymur Cümşüd oğlunun ölməsi, Tapdıqov Samir Cümşüd oğlunun və Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Elpərəs Bəhman oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Şəmkir Hərbi Prokurorluğunda cinayət işi istintaq edilir.

Aparılmış istintaqla İbrahimov Elpərəs Bəhman oğlunun sözügedən məkanda bıçaqla Tapdıqov Teymur Cümşüd oğluna müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən E.İbrahimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham elan edilərək, Şəmkir Hərbi Prokurorunun təqdimatına əsasən Gəncə Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, istintaq zamanı, həmçinin, kafedə mübahisə düşən masada olan Tapdıqov Seymur Cümşüd oğlunun bıçaqla İbrahimov Elpərəs Bəhman oğluna müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə sonuncunu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunduğundan S.Tapdıqova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə ittiham elan edilərək, Şəmkir Hərbi Prokurorunun təqdimatına əsasən, Gəncə Hərbi Məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.

Bildirilib ki, istintaqın gedişatı və hadisə barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı