Ermənistanda 2 hərbçi həlak oldu

Ermənistanın Syünik (Zəngəzur) vilayətində baş verən ağır qəza zamanı iki hərbçi həlak olub.

Metbuat.az Aysor.am-a istinadən xəbər verir ki, bu barədə ER İstintaq Komitəsi məlumat yayıb. Qeyd edilib ki, “Ford Transit” markalı avtomobil döngədə hərəkət zolağından çıxaraq dərəyə yuvarlanıb.

Qeyd olunub ki, vəfat edən şəxslər Ermənistan ordusunda xidmət edən hərbçilərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR