Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onu parodiya edən şəxslərdən danışıb.
Metbuat.az xəbər verir ki, o, bu barədə Təhsil TV-nin “İmtahan” verilişində qonaq olan zaman bildirib.
Sədr bildirib ki, onu öz nəvələri parodiya edirlər:
“Onlar evdə eynəyimi taxıb, məni parodiya edirlər. Fikrimcə, hər bir şəxs zarafatı qiymətləndirməyi bacarmalıdır”.
M.Abbaszadə qeyd edib ki, nəvələri ilə şirniyyat bişirməyib:
“Düzü, buna vaxtım yoxdur”.