Azərbaycan güləşçisi erməniyə qalib gələrək finala çıxdı

Azərbaycanın yunan-Roma güləşçisi Turan Daşdəmirov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Metbuat.az xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda ermənistanlı Yurik Mxitaryana 8:0 hesabı ilə qalib gəlib.

51 kq-da yer alan Əli Seyidəlili isə yarımfinalda macarıstanlı Peter Totokla bacarmayıb - 0:5.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı