Bakı-Ağstafa qatarı yeni qrafiklə hərəkət edəcək

Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarı yeni qrafiklə hərəkət edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib. Qeyd edilib ki, 3 iyul tarixindən etibarən ADY-yə məxsus sürətli Ştadler sərnişin qatarları Bakı-Ağstafa-Bakı marşrutu üzrə yeni hərəkət qrafikinə uyğun olaraq hər gün saat 08:45-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşəcək. Qatar mənzilbaşına saat 13.42-də çatacaq. Əks istiqamətdə saat 18:15-də (əvvəlki qrafik 17.10) Bakıya yola düşən qatar isə saat 23:15-də Bakı Dəmir Yol Vağzalına çatacaq.

Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart yerlərdə 17 AZN, Bakı-Tovuz istiqaməti üçün 16 AZN, Bakı-Gəncə istiqaməti üçün isə 15 AZN təşkil edir. Biletləri Dəmiryol Vağzallarının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı