ABŞ-da bağa yadplanetli düşdü: İDDİA - VİDEO

ABŞ-da evin həyətində çəkildiyi iddia edilən "yadplanetli" görüntüsü maraqla qarşılanıb.

Metbuat.az xəbər verir ki, Las-Veqas şəhərində ailə polisə zəng edərək, həyətlərində qəribə məxluq olduğu barədə məlumat veriblər. Maraqlısı budur ki, bu hadisə səmada naməlum işıq görünəndən 39 dəqiqə sonra baş verib. Naməqlum işıq bir çox şəhərdən müşahidə edilib. Ailə üzvləri iddia edib ki, bu işıqdan sonra onların həyətinə naməlum obyekt düşüb və həyətdə naməlum varlıq müşahidə edilib. Görüntülərdə azı 2,5 metr hündürlüyündə naməlum varlıq müşahidə edilib. Bəzi sosial media istifadəçiləri görüntülərin suni intellekt vasitəsilə yaradıldığını irəli sürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR