Lukaşenko üçüncü dünya müharibəsi barədə xəbərdarlıq etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko üçüncü dünya müharibəsinin başlaya biləcəyi barədə xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, o, “Rossiya-1” telekanalına müsahibəsində bildirib ki, Ukraynaya cavab çox sərt olmamalıdır. Lukaşenkonun sözlərinə görə, Ukraynaya verilən sərt cavab Üçüncü Dünya müharibəsinə səbəb ola bilər. Lukaşenko ukraynalı həmkarı Vladimir Zelenskinin Belarusla diplomatik təmaslar qurmağa cəhd etdiyini ifadə edib.

Belarus prezidenti Qərbin siyasətini tənqid edib və bildirib ki, Ukrayna müharibəsindən sonra da Qərb təhdid olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR