"Suriyada hakimiyyət dəyişikliyi bu ölkənin qonşusu kimi həm də Türkiyənin qələbəsidir".
Metbuat.aZ TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, Bəşər Əsəd rejimininin sona çatmasına sevinməyənlər Türkiyənin qələbəsini qəbul edə bilməzlər.
Ərdoğan həmçinin ərəb ölkələrini Suriyanın bərpasına kömək etməyə çağırıb və ölkənin 500 milyard dollardan çox zərər çəkdiyini qeyd edib.