"Azərbaycan münaqişədən sonra regionda sülh quruculuğunu davam etdirir" - BMT-dəki daimi nümayəndəlik

Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasını səmimi şəkildə dəstəkləyir.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəliyinin rəsmi tvitter hesabında məlumat verilib.

    "Ölkəmizə qarşı törədilən təcavüzün dağıdıcı nəticələrinə, xalqımızın çəkdiyi ağlasığmaz vəhşiliklərə və iztirablara baxmayaraq, Azərbaycan müharibə başa çatdıqdan sonra Ermənistana dövlətlərarası münasibətlərin normallaşdırılmasını səmimi şəkildə təklif edib. Bu təşəbbüs geniş yayılmışdır".- deyə o qeyd edib.

    Qeyd olunub ki, bu beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Azərbaycan münaqişədən sonra regionda sülh quruculuğu, reinteqrasiya və inkişaf istiqamətində səylərini davam etdirəcək.

    Bildirilib ki, Azərbaycan sülhsevər, təhlükəsiz, sabit və firavan regionda məqsədlərinə tam sadiq qalır.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı