ABŞ nəhəng sualtı qayığı Şimali Koreya sahillərinə göndərdi

ABŞ Cənubi Koreya sahillərinə dünyanın ən böyük sualtı qayıqlarından birini yerləşdirib.

Metbuat.az xəbər verir ki, “USS Michigan” sualtı qayığı idarə olunan ballistik raketləri işə salmaq imkanlarına sahibdir. Bildirilir ki, ABŞ Şimali Koreyanın raket sınaqlarına cavab olaraq belə həmlə edib.

Cənubi Koreya Müdafiə Nazirliyinin açıqlamasına görə, “USS Michigan”ın ölkə sahillərinə gəlməsindən Cənubi Koreya və ABŞ donanması birgə təlimlər keçəcək. Təlimlər Şimali Koreyanın nüvə təhlükələrinə qarşı xüsusi əməliyyat imkanlarını əhatə edəcək. “USS Michigan”ın regionda nə qədər qalacağı ilə bağlı açıqlama verilməyib.

Qeyd edək ki, ABŞ-ın “Ohayo sinfi” 4-cü sualtı qayıqlarından biri olan “USS Michigan” ən müasir rabitə və idarə olunan raketləri işə salmaq, eləcə də gizlənmək qabiliyyətinə malikdir. 170 metr uzunluğunda və 18000 ton ağırlığında olan “USS Michigan” dünyanın ən böyük sualtı qayıqlarından biri kimi tanınır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı