Heç vaxt rüşvət almamışam - Sabiq nazir

Sabiq təhsil naziri Misir Mərdanov bir sıra maraqlı açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, o, "5 sual" verilişində qeyd edib ki, fəaliyyəti boyu heç kimdən rüşvət almayıb. O nazir olduğu müddətdə aldığı maaşı da açıqlayıb:

"Harada işləmişəmsə çalışmışam ki, düzgün işləyim. Vətənim, millətim xalqım üçün etmişəm və nəticəsini bu gün də görürəm. Hara gedirəmsə, mənə hörmət edirlər. Həmin dövrdə mənim haqqında yazanlar olub, yazdıranlar da olub. O dövrdə böyük vəzifə tutanlar da var idi ki, deyirdilər ki, niyə Misir Mərdanov gələndə hamı ayağa qalxır. Nazir olanda son illərdə haradasa 3000 manata yaxın əməkhaqqı alırdım. Onunla ailəmi dolandırırdım".

O bildirib ki, bu gün fəaliyyətinə görə, hökumət tərəfindən ona 4600 manatdək təqaüd verilir:

"Eyni zamanda, AMEA-nın müxbir üzvüyəm, 1200 oradan maaş alıram. Bir 1000 manat da Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru olaraq alıram. Aldığım əməkhaqqı ilə ailəmi dolandırıram".

Qeyd edək ki, Misir Mərdanov 1998-2013-cü illərdə Azərbaycanda təhsil naziri vəzifəsində olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı