"Türkiyənin bizim üçün yaxşı qonşu olması üçün hər şeyi etməliyik" - Peskov

"Biz Türkiyənin bizim üçün yaxşı qonşu olması üçün hər şeyi etməliyik".

Metbuat.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Moskva və Ankara yaxşı qonşu olmaq üçün hər şeyi edirlər. Türk dilində belə bir atalar sözü var - mən təhsilcə türkoloqam - yaxşı qonşu pis qohumdan yaxşıdır”, - Peskov bildirib.

Onun fikrincə, qarşılıqlı əlaqələr ikitərəfli əməkdaşlıqdan geniş şəkildə istifadə etməyə, daha çox şirkəti əməkdaşlığa cəlb etməyə imkan verir.

"Bu, həqiqətən də görünməmiş qarşılıqlı əlaqədir", - Kreml sözçüsü əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı