“Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərini Azərbaycanın siyasi, hüquqi, sosial-iqtisadi mühitinə reinteqrasiya etmək əzmindədir”.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan Konstitusiyası, ölkənin tərəfdar çıxdığı beynəlxalq sənədlər, milli qanunvericiliyimiz buna zəmin yaradır.