Bu tərəvəz ürək tutması və infarktdan qoruyur

Dünyada delikates tərəvəz sayılan qulançar ürək-damar sistemi üçün ideal məhsul sayılır, onun tez-tez istehlakı ürəyi ölümcül pozulmalar və o cümlədən infarktdan qoruyur.

Metbuat.az saglamolun.az-a istinadən xəbər verir ki, bu haqda Medical News Today məlumat verib.

Alimlər qulançarın ürəyə olan inanılmaz faydasını tərəvəzin tərkibində olan fol turşusu ilə izah edirlər. Qulançar fol turşusuna görə digər tərəvəzlər arasında çempiondur. Fol turşusu orqanizmdə homosistein aminturşusunun yığılmasının qarşısını alır. Orqanizmdə homosisteinin səviyyəsi yüksək olan insanlarda ürək tutması, infarkt və insultun riski daha yüksəkdir.

Qulançarın digər faydası onun liflərlə zəngin olmasındadır. Liflər bağırsaqlarda həzm olunmur, bağırsaqları yaxşı təmizləyir və həmçinin artıq xolesterini özünə hopduraraq çölə çıxardır. Orqanizmdə xolesterinin artıqlığı çox ziyanlıdır. İstifadə olunmayan xolesterin damarlarda yığılır ki, bu da ateroskleroza səbəb olur. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin əsas səbəbidir.

Qulançarın tərkibində ürək-damar sistemi üçün faydalı olan digər maddə asparagindir. Bu maddə arterial təzyiqi aşağı salır və ürəyi möhkəmləndirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı