Tanınmış jurnalist Zülfüqar Hüseynzadə qəfil VƏFAT ETDİ

"Moderator" saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu səhər Kəlbəcərdə vəfat edib.

Metbuat.az xəbər verir ki, əslən Kəlbəcərin Başlıbel kəndindən olan Zülfüqar bəy doğma yurduna ziyarətə gedibmiş.

Alaçıq quraraq, gecəni kənddə keçirdən jurnalistin sabaha yaxın səhhəti qəfil pisləşib və o, ürəktutmadan vəfat edib.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Z. Hüseynzadənin 52 yaşı vardı. Kəlbəcər işğaldan azad edildikdən sonra yaxınlarının məzarını ziyarət etmək üçün tez-tez ora səfər edirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı