Eyni vaxtda imtahan verən ana və qızı gündəm oldu - FOTO

Türkiyənin Rizə şəhərində ana və qızı eyni məktəbdə ali təhsil müəssisəsinə imtahan veriblər.

Metbuat.az xəbər verir ki, ana Arzu Yıldırım bu il qızı Tuğçe Yıldırımla Ali Təhsil Müəssisələri İmtahanı (YKS) verib. Məlumata görə, ana qızına dəstək vermək üçün imtahan vermək qərarına gəlib. Qızının imtahandan əvvəl həyəcanlı olduğunu görən ana ona dəstək olmaq üçün eyni məktəbdə imtahan verib. Tuğçe Yıldırım "Çox gözəl hissdir. Bir az əsəbi olduğumdan anam məni təsəlli etmək üçün imtahan verdi. Bu xoşuma gəldi” deyə bildirib. Ananın bu davranışı sosial mediada təqdir edilib.

Qeyd edək ki, Türkiyədə bu ilk deyil. Bu il oxşar hal qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR