Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə bir nəfər vətəndaşın Lənkəran rayonun Xanbulan kəndi istiqamətində meşəlik ərazidə azması və köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Metbuat.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1982-ci il təvəllüdlü Hüseynov Vüsal Akif oğlu bələd olmadığı meşəlik ərazidə yolunu azaraq itib.
FHN-in xilasediciləri tərəfindən operativ olaraq həyata keçirilən axtarış-xilasetmə əməliyyatı nəticəsində vətəndaş V.Hüseynov qısa müddətdə tapılaraq xilas edilib.