Afrika liderləri münaqişənin həlli üçün təkliflər irəli sürdü

Ukrayna və Rusiya prezidentləri ilə görüşən Afrika liderləri münaqişənin azaldılması, danışıqların başlanması, əsirlərin dəyişdirilməsi və hər iki ölkənin təhlükəsizliyinin təmin edilməsi kimi təkliflər irəli sürüblər.

Metbuat.az xəbər verir ki, Cənubi Afrika Respublikasının Prezidenti Cyril Ramaphosa bildirib ki, Afrika liderləri qitədən kənarda problemin həllində ilk dəfədir vasitəçilik edir. Qrupun qurucu prinsiplərinə uyğun olaraq müharibənin diplomatik yollarla həlli istiqamətində səylərini davam etdirəcəklərini qeyd edən Ramaphosa, təmasların davam etdirilməsi üçün iki liderlə razılığa gəlindiyini bildirib.

Qeyd edək ki, Afrika liderləri əvvəlcə Kiyevə səfər edərək Ukrayna Prezidenti Vladimir Zelenski ardınca Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı