Bürcləri qarşıdakı iki gündə nə gözləyir? - Yeni fürsətlər, sevgidə ayrılıq...

Qarşıdakı iki gün ərzində bürclər qısa müddətdə çox şey edə biləcək gücə nail olacaqlar.

Metbuat.az xəbər verir ki, astroloqların məlumatına görə, bürclər ünsiyyət qurarkən birbaşa və dürüst olmaq hissləri yaşayacaqlar. Biz həm özümüzün, həm də başqalarının hüquqlarını müdafiə edə bilərik. Kiməsə onu bəyəndiyimizi söyləmək də mümkündür. İki gün ərzində tez düşünmək, qərar vermək və cəsarətli addımlar atmaq potensialına malik olacaqsınız. Motivasiyanız artacaq. Hədəflərinizə doğru addımlar atmaq üçün daha cəsarətli ola bilərsiniz. Tez düşünmək və praktik həllər tapmaq bacarığınız arta bilər.

Qarşıdakı günlərdə fürsətdən istifadə edən bəzi bürclər hətta sevgililərindən ayrılmaq istəyəcəklər.

Əkizlər

Həyatınızı yaxşılaşdırmaq və xoşbəxt olmaq üçün nə etmək lazım olduğunu anlamaq üçün çox vaxt sərf etdiniz. Uzun müddətdir fikirləşirsiniz ki, artıq birlikdə olduğunuz insana aşiq deyilsiniz və o da sizə aşiq deyil. Əslində bu sizi heç də təəccübləndirməyəcək. Siz bu günə kimi möcüzə gözləyərək buna məhəl qoymamağa çalışırdınız, amma bu gün artıq belə hiss etməyəcəksiniz. Bir-birinizə sevgisiz münasibətdə olduğunuzu etiraf edəcəksiniz.

ŞİR

Şirlər də uzun müddətdir ki, tez alovlanıb eyni sürətlə sönən əlaqələrini bitirməyə hazırlaşacaqlar. Heç biriniz vəziyyətdən razı deyilsiniz. Bir müddət bu ehtimalı istisna etsəniz də, artıq bir-birinizi sevmədiyinizi deyə bilərsiniz. Ay və Saturn arasındakı üçbucaq sizə bu cəsarəti verəcək. Amma unutmayın ki, aşiq olmadığınızı bilməyin kədərini də yaşayacaqsınız.

Oxatan

Düzdür, siz özünüzə o insanı necə sevdiyinizi dəfələrlə təkrar etsəniz də, artıq hisslər zəifləyib, sönməyə başlayıb. Özünüzü aldatmaq yerinə bunu qarşı tərəfə etiraf edib, münasibətinizi yekunlaşdıra bilərsiniz. Astroloqların proqnozuna görə ayrılıq üçün düzgün zaman gəlib çatıb.

AİDƏ / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı