Daşkəsəndə təbii fəlakət: İldırım vurdu, sakinlər təxliyə edildi - FOTO

İyunun 20-də saat 16:00 radələrində Daşkəsən rayonu ərazisinə yağan güclü leysan yağışları Daşkəsən şəhərində istinad divarlarına, yol infrastrukturuna, rayonun Bayan, Çanaqçı, Quşçu, Aşağı Daşkəsən, Alaxançallı və Qaraqullar kəndlərində körpülərə və yollara, əkin sahələrinə ciddi ziyan vurub, bir sıra fəsadlar törədib.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb.

Sel suları Daşkəsən şəhərində bir fərdi yaşayış evini tam qəzalı vəziyyətə salıb. Qəzalı vəziyyətə düşən evin sakinləri müvəqqəti köçürülüb.

Qaraqullar kəndinin bir sakinini isə ildırım vurub və o, xəstəxanaya yerləşdirilib.

Dəymiş ziyanın Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti yerli qurumlarla birgə aradan qaldırılması işləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı