“Yüksek Sadakat” və “Mavi Gri” qrupları Bakıya gəlir

Şəhərin ən böyük gənclik festivalı olan “BİZON ONE WORLD FEST” 15-16 iyul tarixlərində “Eldorado Beach”də sizi qarşılayacaq.

Metbuat.az xəbər verir ki, bu möhtəşəm festivalda “Belki üstümüzden bir kuş geçer”, “Aşk durdukça”, “Kafile”, “Ben seni arayamam”, “Haydi sel içelim” kimi mahnıları ilə könüllərdə taxt quran “Yüksek Sadakat”, musiqi tərzlərini müstəqil rok kimi ifadə edən, səhnə ifalarında özünəməxsus musiqiləri ilə son zamanların sevimlisi “Mavi Gri” qrupu çıxış edəcək. Azərbaycanın gənc və populyar adlarından biri olan Paster, Mərdan Kazımov, The Etude Band, Ayna Band, Joseph Abbas, Şahin Əlizadə, İlham, Kadir Özel, Sadiq Abasov, Glass Band, Grey Band, Jafar & Band, Eleven Live Dj Fanur, Dj PASHA, DJ LEO ilə ərzində musiqi və əyləncə dolu 2 gün keçirəcəksiniz.

Bir-birindən dəyərli sənətçilərin səhnə alacağı, 2 gün boyunca musiqidən razı qalacağınız, fərqli əyləncələr ilə gündən tam zövq alacağınız bu tədbir “EVENT OFFICE” tərəfindən keçiriləcək.

Biletləri iticket.az saytından əldə edə bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR