Avtomobillərin icbari sığorta bazarı 60% böyüyüb

2023-cü ilin yanvar-may aylarında Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 62 mln. 945.3 min manata yüksəlib.

Metbuat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 60% və ya 23 mln. 613.3 min manat çoxdur. Belə ki, 2022-ci ilin yanvar-may aylarında 39 mln. 332.5 min manat sığorta haqqı toplanılmışdı.

    Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 39 mln. 101.5 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 8.8% və ya 3 mln. 159min manat çoxdur. Ötən ilin yanvar-may aylarında bu sığorta növü üzrə ödənişlərin həcmi 35 mln. 942.5min manat olub.

    Sığorta ödənişlərinə nisbətən yığımların daha çox artması son bir ildə NVSMMİS üzrə zərərliliyi 32% azaldıb. Belə ki, 2022-ci ilin yanvar-may aylarında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 91.4 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 5 ayında bu rəqəm 62.1 manata enib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı