Bu gün azərbaycanlı iş adamı Mübariz Mənsimovun atası Qurban Mənsimovun üç mərasimi təşkil edilib. Məclis Bakıdakı Heydər məscidində olub.
Metbuat.az xəbər verir ki, bununla bağlı “Palmali Group”un mətbuat katibi Fidan Quliyeva məlumat yayıb. Məlumata görə, mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, şəhid ailələri və qazilər, o cümlədən, iş adamları, incəsənət, idman və ictimaiyyət nümayəndələri iştirak edib.
40 mərasiminin iyulun 29-da Heydər məscidində təşkil olunacağı bildirilib.
Xatırladaq ki, Mübariz Mənsimov qüvvədə olan məhkəmə qərarına əsasən, Türkiyəni tərk edə bilmədiyi üçün, mərasimdə iştirak edə bilməyib.