Tvitterin sahibi İlon Mask instaqram və feysbukun sahibi Mark Zukerberqi qəfəs döyüşünə çağırıb.
Metbuat.az xəbər verir ki, İlon Mask "Əgər o da qəbul etsə, qəfəs döyüşünə hazıram" deyə bildirib. Zukerberq Maskın çağırışını qəbul edərək, “Məkan göndərin” deyə cavab verib. Texnologiya dünyasının iki nəhəng simasının rinqdə döyüşb-döyüşməyəcəyi maraq doğurub. Sosial mediada Maska diqqətli olması barədə çağırış edilib. Bildirilib ki, Zukerberq yapon mənşəli Uzaq Şərq döyüş sənəti ilə məşğul olur.