Samir Şərifov: "Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələr hər gün möhkəmlənir"

"Azərbaycan ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ikitərəfli əlaqələr hər gün möhkəmlənir".

Metbuat.az xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov ABŞ-nin müstəqilliyinin 247-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

Nazir qeyd edib ki, ötən il Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub: “Bu 30 il ərzində ölkələr arasında münasibətlər qarşılıqlı maraqlara və bərabər hüquqlara əsaslanıb”.

S.Şərifov xatırladıb ki, ABŞ prezidenti Co Bayden Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik məktubunda ölkələr arasında strateji tərəfdaşlığı dəstəklədiyini, Azərbaycanla Ermənistan arasında sülhün bütün regionda sabitliyi təmin edəcəyini vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı