Xəbər verdiyimiz kimi, dünən Bakı şəhəri, Yasamal rayonunda 5 mərtəbəli binanın damında baş vermiş yanğın Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasedicilərinin müdaxiləsi ilə söndürülüb.
Metbuat.az xəbər verir ki, hadisə zamanı maraqlı görüntülər qeydə alınıb.
Belə ki, binanın aşağı mərtəbəsində yerləşən mağazanın qarşısında asılmış Türkiyə və Azərbaycan bayraqları zərərgörməsin deyə yanğınsöndürənlər tərəfindən endirilib. Bu anlar Türiyə mediasında diqqət çəkib.
Qeyd edək ki, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən saat 09:29-da tam söndürülüb. Binanın dam örtüyündəki yanğının mənzillərə keçməsinə imkan verilməyib. Həmçinin, hadisə zamanı xəsarət alan olmayıb.