Bayram günlərinə olan hava proqnozu açıqlandı

İyunun 26-da ölkə ərazisində əsasən yağmursuz hava şəraiti gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, lakin 27-30-dək əksər rayonlarda yağmursuz hava şəraiti gözlənilsə də, əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Mülayim şərq küləyi əsəcək.

Temperatur rejiminin ölkə üzrə paylanması

Respublika üzrə ən yüksək temperatur Mərkəzi Aran, Qazax-Gəncə bölgəsində, Naxçıvan Muxtar Respublikasında 30-35° isti olacağı gözlənilir.

Nisbətən mülayim hava Balakən-Şəki, Şamaxı-İsmayıllı-Qəbələ rayonlarında 27-32° isti olacaq.

Daha sərin hava şəraitini sevən insanları cəlb edəcək Daşkəsən-Gədəbəy-Göygöl, Lerik-Yardımlı, Lənkəran-Astara, Quba-Qusarda 23-28°-dək isti olacaq.

Ayrı-ayrı bölgələr üzrə isə aşağıdakı məlumatlar təqdim olunur:

Balakən-Şəki rayonlarında hava şəraiti sabit, əsasən yağmursuz keçəcək. Lakin 27-29-da əsasən gündüz saatlarında qəsamüddətli yağış yağacağı ehtimalı var.

Quba-Xaçmaz rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin 27-29-da əsasən gündüz saatlarında qısamüddətli yağış yağacağı gözlənilir.

Şamaxı-İsmayıllı-Qəbələ rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin 28-29-da əsasən gündüz saatlarında qısamüddətli yağış yağacağı ehtimalı var.

Qazax-Gəncə rayonlarında iyunun 26-da əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, 27-29-da əsasən gündüz saatlarında qısamüddətli yağış yağacağı gözlənilir.

Daşkəsən-Gədəbəy-Göygöl rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin gündüz saatlarında qısamüddətli yağış yağacağı ehtimalı var.

Lənkəran-Astara rayonlarında hava şəraiti sabit olacaq, əsasən yağmursuz keçəcək.

Lerik-Yardımlı rayonlarında hava şəraiti sabit olacaq, əsasən yağmursuz keçəcək. Lakin 28-də gündüz qısamüddətli yağış yağacağı ehtimalı var.

Mərkəzi Aran rayonlarında yağmursuz hava şəraiti gözlənilir.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi 28-də arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR