Priqojinin "kəlləsini istədiyi" Şoyqu üzə çıxdı: İlk işi bu oldu - VİDEO

Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Vaqner”in silahlı üsyanından sonra ilk dəfə üzə çıxıb.

Metbuat.az xəbər verir ki, Rusiyanın dövlət televiziyası Şoyqunun vəzifə başında görüntülərini yayıb. Şoyqu xüsusi əməliyyat zonasında komanda məntəqələrində yoxlamalar aparıb. Qeyd edək ki, Vaqner” muzdlu dəstəsinin rəhbəri Yevgeni Priqojin Sergey Şoyqu və Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimovun ona təhvil verilməsini tələb etmişdi.

Üsyan zamanı Şoyqunun və Gerasimovun ictimaiyyət qarşısına çıxmaması müzakirələrə səbəb olmuşdu.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı