Bakıda insanlara qorxulu anlar yaşadan şəxs gündəm oldu - VİDEO

Sosial şəbəkələrdə çimərliklərin birində gənc oğlanın “VAZ 2107” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etməsinin görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, sürücü avtomobili nəqliyyat vasitələri üçün nəzərdə tutulmamış qumluq ərazidə sürərək təhlükəli manevrlər edib. Çimərlikdə istirahət edən şəxslərin həyatına təhlükə yaradan avtomobilin sürücüsünün əməlləri geniş müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, görüntülərlə bağlı araşdırma aparılır: “Görüntülərdən məlumatlıyıq. Araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR