Evlərdəki səssiz ölüm: Dəm qazından necə xilas ola bilərik?

İstər yay, istərsə də qış aylarında səssiz ölümün səbəbi olan dəm qazından boğulma hallarına qarşı mübarizə aparmaq çətinləşib.

Dövlət Statistika Komitəsindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, təkcə 2022-ci ildə 155 nəfər dəm qazından boğularaq vəfat edib. Bir il üçün rəqəmlər olduqca böyükdür.

Bəs dəm qazından ölüm hallarının qarşısını almaq üçün insanlar hansı addımları atmalıdır?

Metbuat.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev qeyd etdi ki, evlərdə olan qaz sobaları, qaz cihazları standartlara cavab verməyəndə, düzgün təhlükəsizliyə riayət edilmədikdə bu proseslər baş verir:

"Düzgün təhlükəsizlik deyəndə həm quraşdırma zamanı, həm də sonrakı istismar müddətində təhlükəsizlik qaydalarının pozulması nəzərdə tutulur. İlk növbədə qaz cihazları alarkən sertifikasiyası olan məhsullar alınmalıdır. Mənşəyi məlum olmayan cihazlardan istifadə etmək düzgün deyil.

İkincisi, istismar zamanı evlərdə mütləq havalandırma olmalıdır. Digər bir səbəb isə qaz cihazlarına kənar müdaxilələrin edilməsi, yəni qeyri-peşəkar şəxslərin təmir aparması və ya bir otaqdan digərinə aparılması sonradan, təmir-tikinti zamanı kənar müdaxilə sonradan yanma prosesinin pozulmasına və dəm qazınını yaranmasına səbəb olur".

Elmar Nurəliyev: “Mühafizə işinə münasibət ciddi şəkildə dəyişməlidir” -  MÜSAHİBƏ

Elmar Nurəliyev

Ekspert həmçinin qeyd etdi ki, binalarda evlər alarkən otağın ölçüləri qaz cihazlarına uyğun olmalıdır:

"Əsasən bir və ya ikiotaqlı evlərdə binalarda qaz cihazlarının yeri dəyişdirilir. Cihazın olduğu otaqda havalandırma olmur. Bu da dəm qazının yaranmasının əsas səbəblərindən biridir. Mütləq qaydada havalandırma olmalıdır və otağın kvadratına nəzər yetirilməlidir. Otağın ölçüləri qaz cihazına uyğun olmalıdır. Qaz cihazı alarkən sertifikasiyası olan müəssisə tərəfindən quraşdırılması təmin edilməlidir".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı