"Milan" "Çelsi"nin futbolçusunu transfer etdi

"Milan" heyətinə yeni futbolçu cəlb edib.

Metbuat.az xəbər verir ki, A seriyası təmsilçisi "Çelsi"dən Ruben Loftus-Çiki transfer edib. İtaliya klubu 27 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə imzaladığını açıqlayıb.

Daha əvvəl "Milan"ın futbolçu üçün 15 milyon avro və bonuslar ödəyəcəyi bildirilirdi .

Qeyd edək ki, Ruben "Çelsi"nin yetirməsidir. O, London klubu ilə Premyer Liqa, Avropa Liqası və UEFA Superkubokunu qazanıb. Loftus-Çik ötən mövsüm Premyer Liqada 25 oyuna çıxıb və 1 qolun ötürməsini verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR