Fransada iğtişaşlarda 13 yaşlı uşaqlar da saxlanılıb

Fransanın qərbində nümayişçilərlə ifrat sağçılar arasında toqquşmalar olub.

Metbuat.az xəbər verir ki, bu barədə "France 3" telekanalı məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanları iğtişaşçılarla ifrat sağçılar arasında şənbə gecəsi Fransanın qərbindəki Anje kommunasında (Main-et-Luara departamenti) baş verən toqquşmanı araşdırır.

Bildirilib ki, "nümayişçilərlə ultrasağçı qrup arasında baş verən toqquşmadan sonra qanunsuz silah saxlama faktı ilə bağlı bir neçə cinayət işi açılıb".

Gecə ərzində kommunada ümumilikdə 11 nəfərin saxlanılıdığı bildirilib.

"France 3" telekanalının məlumatına görə, Fransada qadağan olunmuş ifrat sağçı qrupun nümayəndələri beysbol dəyənəkləri ilə silahlanıblar.

Fransanın daxili işlər naziri Cerald Darmanin bildirib ki, iyunun 30-na keçən gecə iğtişalar zamanı saxlanılanların orta yaşı 17-dir. Bəzi hallarda polis iğtişaşlara qatılan 13 yaşlı uşaqları da saxlayıb.

Qeyd edək ki, Fransada 17 yaşlı oğlanın polis tərəfindən öldürülməsindən sonra ölkənin müxtəlif yerlərində etirazlar başlayıb və zorakı xarakter alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı