Ronaldo niyə pedikür edir? - Tənqid edildi / FOTO

Kriştiano Ronaldo sosial media hesabında tətil fotolarını paylaşıb.

Metbuat.az xəbər verir ki, fotolar müzakirə mövzusuna çevrilib. Buna səbəb futbolçunun etdirdiyi pedikür olub. Ronaldonun ayaq dırnaqlarını qara boya ilə boyadığı müşahidə edilib. Sosial media istifadəçiləri Ronaldonu bu davranışına görə tənqid ediblər. Lakin futbol mütəxəssisləri bildirir ki, bu, bəzək üçün nəzərdə tutulan dırnaq boyası deyil, dırnaqları zədədən sonra bərpa edən xüsusi örtükdür.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR