Film qəhrəmanlarının 40 il sonrakı görüşü belə baş tutub - "Asif" AÇIQLADI

Xəbər verdiyimiz kimi, "Asif, Vasif, Ağasif" (1983) filminin baş qəhrəmanlarını canlandıran aktyorlar - Emil Pənahov, Ramin Aslanov və Hökümə Cəlilova 40 il sonra görüşüblər. Bu barədə Emil Pənahov özünün sosial media hesabında paylaşım edib.

40 ildən sonra baş tutan bu görüşün necə baş verməsi ilə bağlı Emil Pənahov Metbuat.az-a danışıb. O bildirib ki, 2007-ci ildən həmkarlarını axtarırmış və görüşmək bu vaxta qismət olub:

"Ötən ayın 22-si mənim ansamblımın 10 illiyi idi. Buna görə bir konsert təşkil etmişdim. Valideynlərim mənə sürpriz olaraq Hökümə Cəlilovanı (“Ağasif”) konsertə dəvət etdilər. Gəldi, görüşdük, gözəl keçdi. 2007-ci ildən onları axtarırdım, valideynlərim sağ olsun ki, kömək etdilər.

Elə oldu ki, bu məlumat sosial şəbəkələrdə yayıldı və həmin paylaşımlardan birinin rəy bölməsinə bir nəfər Ramin Aslanovun (“Vasif”) profilini qeyd etmişdi. Mən də Raminə yazdım, onunla danışıb, görüşdük. Bu şənbə günü isə birlikdə görüşüb, gözəl vaxt keçirdik".

Emil Pənahov qeyd etdi ki, hazırda rəqs müəllimi kimi fəaliyyət göstərir və “Alov” rəqs ansamblının rəhbəridir. O, son illərdə başqa film və seriallardan təklif almadığını deyib.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı