Pakistanın təhsil naziri Azərbaycana səfər edəcək

Pakistanın federal təhsil naziri Rana Tanvir Hussain Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun xarici işlər nazirləri səviyyəsində iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Metbuat.az bildirir ki, bu barədə bazar ertəsi "Trend"ə diplomatik mənbədən məlumat verilib.

Onun Xarici İşlər Nazirliyinin rəsmiləri ilə birlikdə Qoşulmama Hərəkatının nazirlər səviyyəsində görüşündə Pakistanın nümayəndə heyətinə rəhbərlik edəcəyi gözlənilir.

Tədbir 5-6 iyul tarixlərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatına 2019-cu ildən sədrlik edir. Baxmyaraq ki, ölkənin təşkilata sədrlik müddəti pandemiyanın qızğın çağına təsadüf etdi, rəsmi Bakı öz sədrlik missiyasını uğurla yerinə yetirdi və daha 1 il hərəkata sədrlik etmək hüququ əldə etdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı