Ronaldo deyəndə hamı ona gülmüşdü - Gerçək oldu

Kriştiano Ronaldonun “Əl-Nəsr” klubuna imza atandan sonra verdiyi açıqlamalar yenidən gündəmə gəlib.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ronaldo “Əl-Nəsr”dəki ilk açıqlamalarında ona təqdim edilən layihəyə əsasən Səudiyyə Ərəbistanı liqasının ən güclü 5 çempionatdan biri olacağını demişdi. Bildirilir ki, Ronaldonun həmin açıqlamaları bəzi dairələr tərəfindən lağa qoyulmuşdu.

Lakin son transferlərdən sonra Ronaldonun dediklərinin əbəs olmadığı məlum olur. Eduard Mendi, Kərim Benzema, Nqolo Kante, Ruben Neves kimi futbolçular artıq Səudiyyə Ərəbistanına rəsmən transfer olub.

Məlumata görə, Kalidou Koulibali və Hakim Ziyeç kimi futbolçuların transferləri də yekunlaşmaq üzrədir. Fabrizio Romanonun xəbərinə görə, "Liverpul"la müqaviləsi başa çatan Roberto Firmino Səudiyyə Ərəbistannın "Əl Əhli" klubu ilə razılığa gəlib.

Romelu Lukaku da “Əl Hilal”dan aldığı təklifi qəbul etməyi nəzərdən keçirir. “Foot Mercato”nun məlumatına görə, Riyad Mahrez də "Əl Əhli"klubuna transfer ola bilər. Xarici KİV-lər yazır ki, Neymar da Səudiyyə Ərəbistanı klubları ilə danışıqlar aparır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR