Teymur Rəcəbov qızının ad gününü belə təbrik etdi - FOTO

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov ilk evliliyindən olan qızı Məryəmin fotolarını paylaşıb.

Metbuat.az xəbər verir ki, o, övladının ad günü olduğunu vurğulayıb.

Şahmatçı paylaşımına "Ad günün mübarək, Məryəm. 10 yaş... Buna inanmaq çətindir, zaman çox tez keçir" sözlərini yazıb.

Qeyd edək ki, T.Rəcəbov ötən ilin yanvarında Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə evlənib və onların avqustda qızı dünyaya gəlib.

Şahmatçı 2011-ci ildə isə Elnarə Nəsirli ilə ailə qurub. Cütlük bir müddət əvvəl isə boşanıb. Onun bu evlilikdən Məryəm adlı qızı da var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR