"Rusiya administrasiyasına qarşı silahlı üsyan öz məqsədinə çatıb".
Metbuat.az xəbər verir ki, “Vaqner” muzdlu şirkətinin qurucusu Yevgeni Priqojin belə açıqlama verib. O bildirib ki, “Vaqner”in indi xalqın dəstəyinə daha çox ehtiyacı var. “Ədalət üçün yürüşümüz xainlərlə mübarizə və ictimaiyyəti səfərbər etmək məqsədi daşıyırdı. Düşünürəm ki, biz buna böyük ölçüdə nail olmuşuq. Əminəm ki, tezliklə cəbhədə yeni qələbələrimizi görəcəksiniz - Yevgeni Priqojin deyib.
Qeyd edək ki “Vaqner”in rəsmi sosial media hesabı kimi tanınan teleqram kanalındakı paylaşımda “Vaqnerin xüsusi hərbi əməliyyatda müvəqqəti iştirak etməməsi və Belarusa köçməsi səbəbindən “Vaqner”in regional tədarükü mərkəzlərinin fəaliyyəti bir ay müddətinə dayandırılıb” deyə qeyd edilib.