Rezidenturaya qəbul imtahanı üçün qeydiyyat bu gün başa çatır

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı 4 iyul saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən Metbuat.az-a verilən xəbərə görə, namizədlər Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

4 iyul saat 14:00-a olan məlumata əsasən 926 namizəd (Azərbaycan bölməsi - 700; rus bölməsi - 226) imtahana yazılıb.

Məlumat üçün qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2-ci cəhdi iyulun 16-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə avqustun 13-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı