Qırğızıstandan Azərbaycana səfərlər 51 % artıb

Bu ilin yanvar-may aylarında Qırğızıstandan Azərbaycana 1 733 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51 % artım deməkdir.

Metbuat.az bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, iki ölkə arasında turizm əlaqələrinin inkişaf perspektivləri bu gün Agentliyin sədri Fuad Nağıyevlə Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev arasında keçirilən görüşdə müzakirə olunub.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin, birgə təbliğat tədbirlərinin keçirilməsinin və təcrübə mübadiləsinin vacibliyi vurğulanıb. Həmçinin qarşılıqlı tanıtım səfərlərinin təşkili və turist mübadiləsinin artırılması üçün birbaşa uçuşların əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı