Füzulidə yol qəzasına düşən ANAMA əməkdaşlarının vəziyyəti açıqlandı

Füzuli rayonunun Kurdmahmudlu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 4 nəfər (hər biri kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Metbuat.az "Apa"ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda vəziyyəti stabil olan 3 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, vəziyyəti ağır olan 1 nəfərin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları Füzulidə yol qəzasına düşüb. İyulun 5-də Füzuli rayonunun Kurdmahmudlu kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində Agentliyin əməkdaşları Məhərrəmov Orxan, Hacıyev Ceyhun, Aslanov Afiq və Əhmədov Elnur xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə iş saatından sonra, əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib.

İctimaiyyətə əlavə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı