Hərəkət intervalında gecikmələr olan avtobuslar - SİYAHI

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 39 müntəzəm marşrut xətti üzrə 126 avtobusun hərəkət intervalında gecikmələr var.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, gecikən avtobuslar aşağıdakılardır:

1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 25-30 dəqiqə gecikmə müşahidə olunur.

2. Tbilisi prospekti – 20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.

3. Zabrat şosesi – şəhər istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət səbəbindən 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 19-25 dəqiqə gecikmə müşahidə olunur.

4. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, E1, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-18 dəqiqə gecikmə müşahidə olunur.

5. Yavər Əliyev küçəsi – Aeroport şosesi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət səbəbindən 24, 35, 40, 49, 113, 184, 208, 209 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 25-30 dəqiqə gecikmə müşahidə olunur.

6. Qara Qarayev prospekti – Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət səbəbindən 7A, 11, 15, 30, 35, 40, 44, 49, 51, 62, 64, 81, E1 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-24 dəqiqə gecikmə müşahidə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı