​LDU-da “Məzun günü” keçirildi - FOTOLAR

Lənkəran Dövlət Universitetində (LDU) keçirilən “Məzun günü”ndə Ulu öndər H.Əliyevin və Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Metbuat.az xəbər verir ki, universitetin rektoru, professor Natiq İbrahimov tədbir iştirakçılarını salamlayaraq LDU-nu bitirən bütün məzunları təbrik edib, gələcək həyat yollarında uğurlar arzulayıb. Prof.Natiq İbrahimov LDU-nun 2022/ 2023-cü tədris ilində qazandığı uğurlardan söz açarkən universitetin 30 illik yubileyinin təntənə ilə keçirilməsini ilin ən ələmətdar hadisəsi kimi dəyərləndirib. Bildirib ki, LDU-nun fəaliyyəti dövründə ilk dəfə olaraq universitetin 5 əməkdaşı ölkə prezidenti cənab İlham Əliyev tərəfindən yüksək dövlət təltifləri ilə mükafatlandırılıb.

Natiq İbrahimov təbrik çıxışında qeyd edib ki, bu il LDU-nu bakalavriat səviyyəsində30 ixtisas üzrə 880 məzun, magistratura səviyyəsində 25 ixtisaslaşma üzrə 145 məzun bitirir. LDU-nun son illərdə təhsilin inkişafı istiqamətində uğurlarından, maddi-texniki bazanın əsaslı şəkildə yenilənməsindən, dünya standartlarına uyğunlaşdırılmasından danışan universitet rəsmisi 300 yerlik tələbə yataqxanasının, baytarlıq klinikasının növbəti tədris ilinə qədər hazır olacağını deyib. Əmin olduğunu bildirib ki, bu gün müstəqil həyata mütəxəssis kimi vəsiqə alan məzunlar Lənkəran Dövlət Universitetinin adını hər yerdə uca tutacaq, onlara bəslənilən etimadı layiqincə doğruldacaqlar. N.İbrahimov təhsilin keyfiyyətinin yüksəldilməsi, məzunların praktik hazırlıq səviyyəsinin artırılması, hazırlanan kadrların müasir tələblərə cavab verməsi istiqamətində başlanan kompleks işlərin bundan sonra da ardıcıl olaarq davam etdiriləcəyini deyib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təbrik çıxışında məzunlara xoş arzularını çatdırıb. Bildirib ki, bu ilki məzun günləri olduqca ələmətdar tarixə-Ulu öndər H.Əliyevin 100 illik yubileyinə təsadüf edir. T.Qaraşov məzunları, həmçinin tələbələri umummilli liderin adına layiq çalışmağa, Azərbaycançılıq ənənəsinə daim sadiq olmağa, ölkənin rifahı naminə səmərəli fəaliyyətəçağırıb. LDU ilə Lənkəran Şəhər İcra Hakimiyyəti arasında son illərdə yaranan səmərəli əməkdaşlıqdan, birgə keçirilən elmi konfranslardan söz açan Taleh Qaraşov bu ali təhsil ocağının bölgənin sosial-mədəni inkişafındakı böyük rolunu xüsusi vurğulayıb, xarici universitetlərlə səmərəli əməkdaşlığını yüksək dəyərləndirib, beynəlxalq əlaqələrdə yaranan canlanmadan ətraflı söz açaraq rektor Natiq İbrahimova icra hakimiyyəti ilə səmərəli əməkdaşlığa, universitetin həyatında yaratdığı işğüzar, səmimi ab-havaya görə minnətdarlıqbildirib.

Məzun günündə millət vəkili Rüfət Quliyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, 9 saylı uşaq bağçasının müdiri Ülkər Nuriyeva, valideyn Elmira Nəzirova, məzunZəhra Əhədova çıxışlarında məzunlara xoş arzularını çatdırıblar, onlara gələcək həyat yollarında uğurlar arzulayıblar.

Tədbirdə təhsilini uğurla başa vuranlar mükafatlandırılıb. Bakalavr və magistrlərə diplomlar təqdim edilib. Tələbəlik dövründə ictimai fəallığı ilə seçilən məzunların bir qrupuna Lənkəran Şəhər İcra hakimiyyətinin fəxri-fərmanları verilib.

Tədbir Lənkəran Dövlət Universiteti və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kolleci tələbələrinin birgə hazırladıqları konsert proqramı ilə yekunlaşıb.

Unudulmaz tələbəlik illərinin son akkordları təsirli anlarla, xatirə şəkilləri ilə yaddaqalan olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı