Keyn qərarını verdi

"Tottenhem"in hücumçusu Harri Keyn “Bavariya” klubuna transfer olmağa qərar verib.

Metbuat.az xəbər verir ki, bu barədə “Sport Bild” qəzeti məlumat verib. Bildirilir ki, futbolçu "Bavariya"nın baş məşqçisi Tuxellə görüşəndən sonra belə qərar verib. "Tottenhem"in hücumçusu "Bavariya"nın baş məşqçisinə heyran olub və onun klubuna qoşulmaq istədiyini bildirib. Keyn həmçinin bildirib ki, "Tottenhem" ayrılmaq üçün əsas motivasiya "Bavariya" ilə Çempionlar Liqasını qazanmaq istəyidir.

Qeyd edək ki, bundan əvvəl "Bavariya" Keyn üçün 60 milyon funt-sterlinq təklif etsə də, rədd edilmişdi. “Bavariya” bu dəfə Keyn üçün daha yaxşı təklif hazırlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı