Azərbaycanlı qadın Sezen Aksunu ölümlə hədələdi

Türkiyəli müğənni Sezen Aksunun Beykozdakı malikanəsinə girmək istəyən qadın mühafizəçilərə hücum edərək Aksunu ölümlə hədələyib.

Metbuat.az xəbər verir ki, Sezen Aksu həmin şəxsin 4 dəfə onun evinə girməyə cəhd edib. Xəbərə görə, gecə saat 02:00 radələrində Aksunun evinin zəngi çalıb. 47 yaşlı Azərbaycan əsilli qadın “Sezen xanımla görüşmək istəyirəm” deyib. Mühafizəçi gec olduğunu bildirərək etiraz edib. Qadın mühafizəçini itələyərək bağçaya daxil olub. Bir anda çaşqınlıq yaranıb.

Sezen Aksu evinə girməyə çalışan qadından şikayətçi olub. Beykoz Prokurorluğu onun barəsində hədə-qorxu və israrlı təqibə görə 1 ildən 4 ilədək azadlıqdan məhrum etmə tələbi ilə iddia qaldırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı