"Sabah" klubu Lüksemburq millisinin futbolçusunu transfer etdi

"Sabah" klubu Lüksemburq millisinin və Ukrayna "Vorskla"sının futbolçusu Vensan Tilli transfer edib.

Metbuat.az "tageblatt.lu" saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi 23 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayıb.

Oyunçunun artıqə yeni komandasının düşərgəsində olduğu bildirilib.

Qeyd edək ki, Vensan Till daha əvvəl Fransanın "Mets", "Po", "Orlean" və Portuqaliyanın "Nasyonal" klublarının da formasını geyinib. O, son iki ildə icarə əsasında İsveçin "Erebru" və AİK komandalarında oynayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı