BDU-nun sabiq rektorunun şəxsi kitabları Elmi Kitabxanaya hədiyyə olundu

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Mehdi Əliyevin şəxsi kitabxanası nəvəsi Hüseyn Əliyev tərəfindən BDU-nun Elmi Kitabxanasına hədiyyə olunub.

Metbu barədə BDU-dan məlumat verilib.

Tanınmış alim və pedaqoq, 1965-1970-ci illərdə BDU-ya rəhbərlik etmiş Mehdi Əliyev Azərbaycan dilində dərslik, dərs vəsaitlərinin hazırlanması, fizika üzrə terminologiyanın tərtibi məsələlərinə xüsusi əhəmiyyət verib. O, tələbələr üçün bir çox vacib dərslikləri rus dilindən Azərbaycan dilinə tərcümə edib və ali məktəblər üçün “Optika” kursundan Azərbaycan dilində yazılmış ilk dərsliyin həmmüəllifi olub.

Hədiyyə edilən 150-yə yaxın kitab arasında alimin müəllifi olduğu kitablarla yanaşı, görkəmli alimlərin imzaları ilə ona bağışlanan nəşrlər də var. Onların arasında Azərbaycanın böyük yazıçısı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin, nəzəri fizikanın bir çox sahələrinə fundamental elmi töhfələr bəxş etmiş professor Lev Landaunun kitabları da yer alır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı